AZOR ANTİSİKLONU

subtropik antisiklonların biri, atmosferin daimi (dəyişməyən) hərəkət mərkəzidir. A.a. Atlantik okeanının şimal subtropik və tropik enliklərində yerləşir, mərkəzi isə Azor adaları yaxınlığındadır. Mərkəzində təzyiq yanvarda 766 mm, iyulda isə 768mm-dir, A.a. qışda Şim. Afrikaya, yayda isə Orta və Cən. Avropaya çıxıntı verir. Sinonimləri: Axor yüksək təzyiq sahəsi, Azor maksimumu, Şimali Atlantik antisiklonu.
AZİMUT
BAKTERIYALAR
OBASTAN VİKİ
Azor antisiklonu
Havay antisiklonu
Havay antisiklonu- Daimi subtropik antisiklonlardan biridir.Sakit okeanın şimal hissəsində subtropik və tropik enliklərdə yerləşir.Havay antisiklonun Mərkəzi Havay adalarından şimalda yerləşir və burada yanvarda təzyiq 764 mm iyulda 768mm-ə bərabərdir.
Azor adaları
Azor adaları (port. Açores) — Atlantik okeanında, Pireney yarımadasından təqribən 1200 km qərbdə arxipelaq. == Məlumat == Azor adaları Portuqaliyada inzibati ərazidir (muxtar rayon). Paytaxtı Ponta-Delqada (San-Migel adası) dır. Ada Lissabon şəhərindən 1,500, Şimali Amerikadan sahillərindən 3,900 km məsafədə yerləşir. Azor adaları yüksək təzyiq sahəsindədir (Azor antisiklonu). Səthi hündürlüyü 2351 metrədək (Piku dağı) olan dağlıqdır. Burada tez-tez zəlzələlər olur. Çoxsaylı termal və mineral su bulaqları var. İqlimi subtropikdir.
Azor adası
Azor adaları (port. Açores) — Atlantik okeanında, Pireney yarımadasından təqribən 1200 km qərbdə arxipelaq. == Məlumat == Azor adaları Portuqaliyada inzibati ərazidir (muxtar rayon). Paytaxtı Ponta-Delqada (San-Migel adası) dır. Ada Lissabon şəhərindən 1,500, Şimali Amerikadan sahillərindən 3,900 km məsafədə yerləşir. Azor adaları yüksək təzyiq sahəsindədir (Azor antisiklonu). Səthi hündürlüyü 2351 metrədək (Piku dağı) olan dağlıqdır. Burada tez-tez zəlzələlər olur. Çoxsaylı termal və mineral su bulaqları var. İqlimi subtropikdir.
Azor ardıcı
Azor ardıcı (lat. Juniperus brevifolia) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinə aid bitki növü. Azor adalarıında rast gəlinir, endemikdir. Təbii şəkildə dəniz səviyyəsindən 250–800 m yüksəklikdə olan dağlarda bitir.
Azor cərəyanı
Azor cərəyanı — Atlantik okeanının subtropik qurşağından keçən isti dəniz cərəyanı. Qolfstrim cərəyanının təsiri ilə yaranır. Cənub-Şərqi Azor adalarında bir az soyuyur. Burada onu Kanar cərəyanı qıdalandırır.
Asiya qış antisiklonu
Asiya qış antisiklonu, (Mərkəzi Asiya antisiklonu, Monqolustan antisiklonu, Sibir maksimumu, Sibir antisiklonu) – qış aylarında Asiya üzərində materikin güclü soyuması nəticəsində yaranan yüksək təzyiq sahəsi. Materikdaxili rayonlarda qış uzunmüddətli, soyuq və, demək olar ki, qarsızdır. Yanvar ayında Asiya qış antisiklonunun mərkəzində atmosfer təzyiqi 1070 millibardan çox olur (Yer kürəsində ən yüksək göstərici). Yayda Asiya qış antisiklonunu Asiya depressiyası əvəz edir. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 2-ci cild: Argentina – Babilik (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2010. səh. 120.
Şimali Amerika antisiklonu
Şimali Amerika antisiklonu — İqlim xəritəsində Şimali Amerikanın qərb hissəsində qışda materikin soyuması və Arktika hava kütləsinin irəliləməsi ilə əlaqədar olaraq əmələ gələn antisiklondur.
Azor adaları zəlzələsi (1980)
Azor adaları zəlzələsi (1980) — Portuqaliyanın Azor adalarında 1 yanvar 1980-ci ildə baş vermiş zəlzələ. Zəlzələ nəticəsində 41 nəfər ölmüş, 600 nəfər yaralanmış, Terseyra və San Corci adalarında böyük dağıntılar baş vermişdir. Rixter şkalasına görə 7.2 bal gücündə olan zəlzələ Piko və Fayal adalarına da zərər vermişdir. Bu zəlzələ tektonik zonada yaranmışdır. Zəlzələ səbəbi ilə dövrün Portuqaliya prezidenti Ramalyu Eaniş ölkədə 3 günlük matəm elan etmişdir. Portuqaliya Hava Qüvvələri tərəfindən başladılan xilas işlərinə daha sonra başqa qurumlar qatıldı. == Geologiya == Zəlzələ 1950-ci ildən sonra Azor adalarında baş vermiş ən güclü zəlzələdir. Vulkanik mənşəli olan Azor adaları tektonik bir zonada yerləşir.